ABŞ Rusiya Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

“Rosbalt”ın verdiyi məlumata görə, Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirak edib.

 

Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində ABŞ-da yerləşən və bu ölkə vətəndaşlarının nəzarətində olan FSB-yə məxsus bütün əmlak və aktivlər bloklanacaq.

Əvvəlki məqalə

Seymur Elsevər Dövlət Teatrına direktor təyin olunub

Sonrakı məqalə

Baydenlə Ərdoğanın görüşünün vaxtı açıqlanıb