“ABŞ Rusiya mətbuatına olan etimadı qısqanır”- Səfirlik ittihamlara cavab verdi

“ABŞ Dövlət Departamentinin “Rossiya seqodnya” və RT media qrupunun baş redaktoru Marqarita Simonyan haqqında dərc etdiyi məlumat xarici ictimaiyyətin Rusiya mətbuatına etimadına qısqanclığının təzahürüdür”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

“Dərc olunan material beynəlxalq hadisələri vicdanla işıqlandırdıqlarına görə rusiyalı jurnalistləri ləkələmək cəhdlərinin növbəti nümunəsidir”, – səfirlik əlavə edib.

Qeyd edək ki, avqustun 31-də ABŞ Dövlət Departamentinin saytında Simonyan haqqında məqalə dərc olunub. Məqalədə Simonyan “Rusiya prezidenti Vladimir Putinin təbliğatının və dezinformasiyasının aparıcı siması” adlandırılıb.

Azpost.info

Əvvəlki məqalə

“Post-COVID zamanı ən çox görülən simptomlar yorğunluq, halsızlıq və öskürəkdir” –

Sonrakı məqalə

Yaxın Şərq mətbuatı Azərbaycan həqiqətlərindən yazacaq