ABŞ Rusiya oliqarxlarını cəzalandırmaq üçün xüsusi qrup yaratdı –

abs prokuror

ABŞ-da korrupsioner rus oliqarxları ilə mübarizə üçün xüsusi qrup yaradılıb.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ prokuroru Merrik Qarland açıqlama verib. Qarland bildirib ki, korrupsioner rus oliqarxları ilə mübarizə işi ABŞ Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanlarının müstəntiqlərindən, həmçinin analitiklərdən və ekspertlərdən ibarət “KleptoCapture” xüsusi qrupuna həvalə edilib: “Mənim ofisim Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozan şəxslər və şirkətlərin əmlakını müsadirə etmək üçün bütün mövcud səlahiyyətlərdən istifadə edir. Biz Rusiya hökumətinə bu ədalətsiz müharibəni davam etdirməyə imkan verənləri araşdırmaq, həbs etmək və mühakimə etmək üçün hər fürsətdən istifadə edəcəyik. Mən çox açıq deyəcəyəm – qanunlarımızı pozsanız, sizi məsuliyyətə cəlb edəcəyik”.

Məsələyə ABŞ Baş prokurorunun müavini Liza Monako da münasibət bildirib: “Rusiya rejimini korrupsiya və sanksiyalardan yayınmaqla dəstəkləyənlər bilsinlər ki, biz sizi təhlükəsiz sığınacaqdan məhrum edəcək və məsuliyyətə cəlb edəcəyik. Oliqarxlara xəbərdarlıq edirəm – kriminal varidatınızı dondurmaq, əmlakınızı müsadirə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir