ABŞ Rusiya və Türkiyəni Liviyanı tərk etməyə çağırıb –

“Hərbi müdaxiləni dərhal dayandırın!”
28 Yanvar 2021 - 23:35

ABŞ Rusiya,Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən Liviyaya hərbi müdaxiləni dərhal dayandırmağa və Liviyanın suverenliyini tanımağa çağırıb.

Azpost.info AFR-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki səfirinin müavini Riçard Mills bəyan edib. O, deyib ki, hər tərəfdən atəşkəs barədə əldə edilmiş sazişi pozulması ilə hərbi yüklərin daşınması davam edir. ABŞ xarici döyüşçü qruplarını ölkəni tərk etməyə çağırıb.

Mills aydın şəkildə Bayden administrasiyasının Liviyada bir-biri ilə rəqabət aparan  tərəflərin hərbi müdaxilənin dayandırılması barədə tələbini dəstəkləyir. Bu tələb atəşkəs haqqında 23 oktyabrda əldə edilmiş sazişdə əks olunub.