“ABŞ qanunvericiləri Rusiyanı “terrorizmin sponsoru” elan etsələr, diplomatik münasibətlər kəsiləcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, ABŞ-ın bu addımının beynəlxalq hüquqa zidd olduğunu bildirib: “Bu, Rusiyanı ABŞ-ın uydurduğu qaydalara əsaslanan dünya nizamına uyğun yaşamağa məcbur edə biləcək dəhşətli cəza kimi qiymətləndirilə bilər. Lakin unudulur ki, belə bir addımın məntiqi nəticəsi diplomatik münasibətlərin pozulması ola bilər. Bundan sonra Vaşinqton geri dönüşü olmayan nöqtəni keçmək riski ilə üzləşir…”, – XİN rəsmisi qeyd edib.
Azpost.info
