ABŞ səfiri Kəlbəcərlə sərhədə gəldi –

FOTO
26 İyul 2021 - 19:56
İyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd Geqarkunik vilayətinə səfər edib. 
Bu barədə NEWS.am-a Ermənistan Müdafiə Nazirliyindən məlumat çatdırılıb.
Kəlbəcərlə sərhəddəki yerləşən hərbi hissənin komandiri general Araik Arutunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.
Səfir Treysi  ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqinin əleyhinə olduqlarını vurğulayıb.
Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi  şəkildə sadiq qaldığını bildirib.