ABŞ səfirindən Putinə qalmaqallı müraciət:“Müharibəni Stalin və Hitler əlbir olub başladılar”

 ABŞ-ın Varşavadakı səfiri Polşanı Rusiya prezidenti Vladimir Putinin dəfələrlə dilə gətirdiyi ittihamlardan müdafiə edib.

Belə ki, Putin bir neçə dəfə İkinci Dünya Müharibəsinin başlamasına görə Polşanı günahlandırıb.

Əziz prezident Putin. Hitler və Stalin əlbir olaraq II Dünya Müharibəsini başladıb. Bu, faktdır. Polşa həmin dəətli konfliktin qurbanı olub,” –deyə səfir Georgette Mosbacher Tvitterdə həm ingiliscə, həm də polyak dilində yazıb.

II Dünya Müharibəsi 1939-cu il, 1 sentyabrda Hitler Almaniyasının Polşaya soxulması ilə başlayıb. İki həftə sonra İosif Stalinin göstərişi ilə sovet qoşunları şərqdən Polşanı zəbt edərək bu ölkənin geniş ərazilərini ələ keçiriblər.

Polşanın parçalanması nasist və sovet rejimləri arasında imzalanmış paktın gizli protokolu əsasında həyata keçirilmişdi. Molotov Ribbentrop paktının ictimaiyyətdən gizlədilən müddəası Polşanın və Baltikyanı dövlətlərin iki totalitar təcavüzkar dövlət arasında bölüşdürülməsini nəzərdə tuturdu.

Bu faktı uzun illər sovet hakimiyyəti və ondan sonra Putin hökuməti ələlxüsus tarix-tədris kitablarında ört-basdır etməyə çalışıb.

Ötən həftələrdə Putin müharibənin başlamasına görə Qərb qüdrətlərini günahlandıraraq onların Hitlerlə gizli əməkdaşlıq apardıqlarına dair əsassız iddialar irəli sürməyə başlayıb. Onun sözlərinə görə, “mahiyyətcə anti-semit Polşa” Hitlerin Avropa yəhudlərini məhv etmək planını müsbət qarşılamışdı.

Polşa Baş Naziri Mateusz Mroavieçki bazar günü Putinin dediklərinə etiraz edərək Rusiya liderinin öz siyasi uğursuzluqlarından diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib. (Amerikanın Səsi)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya 2020-nin gəlişini qarşılayır –

Sonrakı məqalə