ABŞ səfirliyi “Qrin kart” vizası üçün müraciət qəbuluna başlayıb –

ELAN
07 Oktyabr 2021 - 19:28
ABŞ-ın Azərbaycandakı Səfirliyi 2022-ci il üçün ABŞ Müxtəliflik Viza Proqramının (Qrin Kart) başlamasını elan edib.
Azpost.info bildirir ki, bu barədə səfirlik məlumat yayıb.
Səfirliyin yaydığı məlumatda vurğulanır ki, qeydiyyatı yalnız rəsmi sayt vasitəsi ilə aparılmalıdır. https://dvprogram.state.gov
Səfirlik həmçinin müraciətinizə bəzi yanlış məlumatlar əlavə edərək şansınızı artırmağı təklif edən viza məsləhətçilərindən çəkinməyi məsləhət edib.