ABŞ səfiri Qarabağdan danışdı:"Biz danışıqların davam etdirilməsinə ümid edirik”

“Tərəflər konstruktiv və substantiv danışıqlar üçün bir araya gələndə biz buna hər zaman şad oluruq”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşünə münasibət bildirərkən deyib.

“Danışıqlardan sonra bizim verdiyimiz bəyanatla tanış olmusunuz. Bir daha qeyd edirəm ki, biz danışıqların davam etdirilməsinə ümid edirik”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub. Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Biləsuvarda narkotacirlər saxlanıldı

Sonrakı məqalə

İsmayıllıda 18 yaşlı qız itkin düşüb