İsmayıllıda 18 yaşlı qız itkin düşüb

31 Yanvar 2020 - 11:29

İsmayıllıda 18 yaşlı qız itkin düşüb.

Rayonun Ruşan kənd sakini Solmaz Məmmədova rayon Polis Şöbəsinə ərizə müraciət edərək qızı, 2002-ci il təvəllüdlü Ayişə Məmmədovanın ötən gün yaşadıqları evdən xəbərsiz çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. (APA)