ABŞ prezidentliyinə namizəd, demokrat Robert Kennedi amerikalı seçicilər arasında ən yüksək reytinqi qazanıb.
Azpost.info bildirir ki, bu barədə “Forbes” yazır.
“The Economist/YouGov”-un sorğusuna əsasən, hazırkı prezident Co Baydenin partiyadakı rəqibini respondentlərin 49%-i müsbət, yalnız 30%-i mənfi qiymətləndirib.
Araşdırmaya görə, Kennedinin xalis reytinqi 19 bal təşkil edir. Bu da digər namizədlərdən yüksəkdir. Bayden isə 9 ballıq mənfi göstəriciyə malikdir. Amerikalıların yalnız 45%-i ABŞ prezidentini müsbət qiymətləndirir, respondentlərin 52%-i isə əks nöqteyi-nəzərdən çıxış edir.
Respublikaçılar Partiyasında dövlət başçısı postuna iddialı olanlara gəlincə, aparıcı namizəd sayılan ABŞ-ın keçmiş lideri Donald Trampın da müsbət reytinqi yoxdur. Onun balı mənfi 10 bal səviyyəsindədir, siyasətçinin müsbət 43 faizlik reytiniqinə qarşı 53 faizlik mənfi reytinqi var.
“Forbes” qeyd edir ki, bununla belə, Kennedinin göstəriciləri də birmənalı deyil. Amerikalıların 21% -i siyasətçiyə olan münasibətini müəyyən edə bilmir.
Robert Kennedi Ukraynada münaqişənin ABŞ-ın təxribatları ucbatından başladığını bildirmişdi.
Azpost.info