ABŞ seçkiyə xaricdən müdaxilə barədə məlumat verənlərə 10 milyon dollar verəcək

ABŞ Dövlət Departamenti yerli seçkilərə xarici müdaxilə haqqında məlumat verən şəxslərə 10 milyon dollar qədər pul mükafatı verəcək.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Mükafat seçkilərə müdaxilə edən əcnəbi şəxs və ya təşkilatları müəyyən etməyə kömək edən məlumatları təqdim edənlər üçün nəzərdə tutulub. Departament əlavə edib ki, gizlilik, saxtakarlıq, aldadıcı qanunsuz hərəkətlər, səsvermənin nəticələrinin saxtalaşdırılması, məlumat bazalarına müdaxilə, dezinformasiya, kiberhücumlar və s. seçkiyə müdaxilə hesab olunur.

Mükafat Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramının bir hissəsidir və Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən idarə olunur. 1984-cü ildən icra olunan proqram çərçivəsində 250 milyon dollardan çox məbləğdə mükafat verilib.

Azpost.info

Əvvəlki məqalə

Komando bölmələri düşmənin məhv edilməsi üzrə təlimlərə başlayıb –

Sonrakı məqalə

SOCAR Müşahidə Şurasının iclası keçirilib