ABŞ şirkəti kosmosda otel tikir –

280 turist üçün şərait qurulacaq (FOTO)
29 Mart 2021 - 15:06

Amerikanın “Orbital Sciences Corporation” şirkəti kosmik turistlər üçün ilk dəfə otel inşa edəcəyi barədə planlarını açıqlayıb.

Lüks otelin yerləşəcəyi Voyager stansiyasının inşası 2026-cı ildə başlayacaq və iki il ərzində başa çatacaq. 24 yaşayış modulundan ibarət stansiya 280 qonaq və 112 heyət üzvünü qəbul edə biləcək.

Öz oxunda fırlanan “kruiz layneri” süni cazibə qüvvəsinə sahib olacaq: otel qonaqları üfüqi vəziyyətdə yatacaq, adi yeməklərini yeyə, duş ala və tualetdən yerdəki kimi istifadə edə biləcəklər.

Otelin qonaqları ləzzətli yeməklərlə qidalanacaq və məşhur sənətçilər onları əyləndirəcəklər. Ən əsası bir Voyager bileti alan hər kəs kosmos gəzintisi edə və doğma planetinə uzaqdan baxa bilər.