“ABŞ SSRİ-nin yolu ilə gedir” –

Putindən maraqlı açıqlama
05 İyun 2021 - 18:03

“ABŞ digər ölkələrlə münasibət qurarkən SSRİ-nin yolu ilə gedir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində xarici informasiya agentliklərinin baş redaktorları ilə görüşündə deyib.

İmperiyaların problemi nədədir? Onlara elə gəlir əgər qüdrətlidirlərsə, xırda səhvlərə və günahlara yol verə bilərlər: Bunları satın alarıq, onları qorxudarıq, o biriləri ilə saziş bağlayarıq”-deyə Putin vurğulayıb.

Bununla yanaşı prezident qeyd edib ki, belə vəziyyətlərdə problemlərin sayı artan qaydada şişir və onları həll etmək imkanlarının itirildiyi an gəlib çıxır. “ABŞ-da inamla, əmin addımlarla SSRİ-nin getdiyi yolla gedir”.