ABŞ Süleymanini əvəz edən generalı da hədələdi:

"Səni də öldürə bilərik"
25 Yanvar 2020 - 09:55

Birləşmiş Ştatlar İranın İslam İnqilab Keşikçiləri Korpusunun xüsusi bölməsi olan «Qüds»ün yeni komandiri, bir qədər əvvəl ABŞ tərəfindən öldürülmüş Qasım Süleymaninin vəzifəsinə təyin edilmiş İsmayıl Kaanini hədələyib.

ABŞ-ın İran üzrə xüsusi nümaynədəsi Brayan Huk bildirib ki, əgər Kaani də Qasım Süleymani kimi amerikalıları öldürsə ABŞ onu da aradan götürəcək.

Asharq Al-Awsat qəzetinə müsahibə verən Brayan Huk bildirib ki, «Əgər Kaani amerikalıları öldürməkdə davm etsə, onu da həmin tale gözləyəcək».

Onun sözlərinə görə, Qasım Süleymani amrerikan əsgərlərini öldürdükdən sonra ABŞ prezdenti Tramp Qasım Süleymanini öldürməyi əmr edib. ABŞ nümaynədəsi bildirib ki, Birləşmiş Ştatlar rejimdən əziyyət çəkən İran xalqını dəstəkləməkdə davam edəcək.