Dünya Bankı Azərbaycana 50 milyon dollar kredit ayırır –Məhkəmə islahatları üçün

Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunda aparıla bilər.

“DB ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana əlavə $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunadək baş tuta bilər”, – deyə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Vəsaitin elektron məhkəmə sisteminin inkişafına, müvafiq IT-avadanlıqlarının alınmasına yönəldilməsi planlaşdırılır.

DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub. (İnterfaks)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il xaricdən Azərbaycana buğda idxalı rekord həddində olub –

Sonrakı məqalə

ABŞ Süleymanini əvəz edən generalı da hədələdi: