ABŞ təyyarələri “Taliban” mövqelərinə zərbələr endirib

07 Avqust 2021 - 21:47

ABŞ-a məxsus “B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətinin mərkəzi Şiberqanda “Taliban” radikal hərəkatının mövqelərinə aviazərbələr endirib, silahlı qruplaşmanın üzvləri arasında ağır itkilər olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman “Twitter” səhifəsində yazıb.

“Cauzcan əyalətinin Şiberqan şəhərində “Taliban” qruplaşması “B-52”-nin hədəfinə çevrilib. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində terrorçular arasında ağır itkilər olub”, – deyə nazirlik nümayəndəsi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.