ABŞ Talibanla danışıqları bərpa edir

24 Noyabr 2021 - 08:06

Vaşinqton gələn həftədən etibarən Talibanla danışıqları bərpa edəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib.

Praysın sözlərinə görə, görüş Dohada baş tutacaq. Əsas müzakirə mövzuları Əfqanıstanda terrorla mübarizə, humanitar və iqtisadi vəziyyət olacaq.