“Vaşinqton ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfəri ilə dünyaya cəzasızlığını nümayiş etdirmək istəyir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazir qeyd edib ki, ABŞ-ı nəyin motivasiya etdiyini bilmir, lakin onun fikrincə, bu, Ukraynadakı vəziyyətlə bağlı danışılan xətti əks etdirir.
“ABŞ bu səfərin Çin üçün tam olaraq nə demək olduğunu çox yaxşı bilirdi. Bu, hər kəsə cəzasızlığını sübut etmək və öz imkanlarını göstərmək istəyidir”, – Lavrov hesab edir.
Azpost.info
