“ABŞ Türkiyənin narahatlıqlarını nəzərə almalıdır”- İbrahim KALIN

“Ankara ABŞ və Rusiyadan Suriya ilə sərhəddə təhlükəsizliyin təmin edilməsinə dair öhdəliklərini yerinə yetirmələrini gözləyir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyənin “terror ünsürləri” ilə mübarizəsi ölkə və sərhəd bölgəsinin tam təhlükəsizliyinə qədər davam edəcək.

ABŞ-la əlaqələri də qiymətləndirən Kalın Vaşinqtonun terror təşkilatlarına qarşı yanaşmasının iki ölkə əlaqələrinə təsirini davam etdirdiyini deyib: “ABŞ-ın müttəfiqlik ruhunda hərəkət etməsini və Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını ciddiyə almasını gözləyirik. Ankara birtərəfli siyasətin tətbiqini qəbul etməyəcək”.

Kalın münasibətləri gələcəkdə ortaq maraqlar əsasında inkişaf etdirməyə, problemləri strateji düşüncə ilə həll etməyə ümid etdiklərini vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Mənzildə partlayışın zərbəsindən polis 18-ci mərtəbədən yerə düşdü –

Sonrakı məqalə

Ukrayna “HİMARS” raketləri ilə Rusiya bazasını vurdu, xeyli hərbçi həlak oldu –