“ABŞ Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinin əleyhinədir” –Dövlət katibi

“Vaşinqton Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşıdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriyanın şimalında hər hansı yeni hücum bölgədəki sabitliyi pozacaq: “Hazırkı atəşkəsi dəstəkləyirik. Biz narahatıq ki, yeni hücum qüvvələri regionda sabitliyi poza və ondan öz məqsədləri üçün istifadə edə bilər”.

Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatı iyunun 1-dən başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Ankara Türkiyə ilə sərhəddən 30 km. içəridə “təhlükəsizlik zonası” yaratmağa başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Dünyada meymunçiçəyinə 550-dən çox yoluxma qeydə alınıb –

Sonrakı məqalə

Prezident Reyqana güllə atan şəxs azadlığa çıxır