“Avropa ABŞ-ın maraqlarından asılılığını ciddi şəkildə düşünməlidir”.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.
“ABŞ Ukrayna böhranından sərvət qazanıb, Avropa isə inflyasiya və yüksək enerji qiymətləri ilə “qan itirir”. Avropa hələ də ABŞ-ın əvəzinə Suriya, Əfqanıstan, İraq və digər məsələlərdəki xaosda nizam-intizam yaratmağa çalışır. Yerli media avropalılara sual verməlidir ki, niyə bizim sülh və rifahımız ABŞ-ın maraqlarından asılı olmalıdır”, – XİN rəsmisi deyib.
Onun sözlərinə görə, bu, Avropada və bütün dünyada ciddi şəkildə nəzərdən keçirilməli olan məsələdir: “Əminəm ki, Vaşinqton həmişə “öncə Amerika” prinsipinə sadiqdir. Biz müşahidə etdik ki, Birləşmiş Ştatlar öz maraqlarını qorumaq üçün inflyasiyanın azaldılması qanun layihəsini və çiplərlə bağlı qanun layihəsini təqdim edib. Lakin onlar bunun digər ölkələrə, o cümlədən müttəfiqləri və tərəfdaşları adlandırılan ölkələrə necə təsir edəcəyindən heç də qorxmurlar”.
Azpost.info