ABŞ Ukraynanın NATO-ya birbaşa üzvlüyünü dəstəklədi –Bayden qərar verdi, Moskva nə edəcək?

ABŞ  NATO-nun baş katibi Stoltenberqin Ukraynanın alyansa qoşulmaq üçün Üzvlük Fəaliyyət Planının (MAP) şərtlərini yerinə yetirməsinə ehtiyac olmadığı haqqında fikrini dəstəkləyir.

Azpost.info bildirir ki, bu barədə “The Washington Post” və “Axios”  mənbələrinə istinadən məlumat yayıb.

KİV-lər bildirir ki, təklif ABŞ prezidenti Co Bayden tərəfindən bəyənilib.

Qeyd edək ki, Ukraynanın Üzvlük Fəaliyyət Planında iştirak etmədən NATO-ya üzv ola biləcəyi barədə ideyanı baş katib Stoltenberq səsləndirib.

Üzvlük Fəaliyyət Planı (MAP) alyansa üzv olmaq istəyən ölkələrin ehtiyaclarını nəzərə alaraq NATO-nun məsləhət və praktiki yardımını özündə cəmləşdirən proqramdır. “Bu proqramda iştirak Alyansın gələcək üzvlüklə bağlı qərarını qabaqcadan müəyyən etmir”,-deyə NATO-nun saytında deyilir.

MAP proqramı 1999-cu ildən fəaliyyət göstərir. Bu müddət ərzində alyansa üzv olan ondan çox ölkə – Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya ondan keçib.
Bloka qoşulan ölkələrin sonuncusu Finlandiyanın öz MAP-ı olmayıb. Bosniya və Herseqovina hazırda proqramda iştirak edir.

“Vaşinqton Post” yazır ki, bu ideya alyansın digər üzv ölkələri tərəfindən bəyənilsə, o zaman bu, NATO-nun Kiyevə alyansa sürətli  daxil olması təklifi barədə daxili mübahisəni aradan qaldıracaq.

Ukrayna NATO-ya üzvlük üçün ötən ilin sentyabrında müraciət edib. Stoltenberq dəfələrlə bəyan edib ki, Kiyev Avro-Atlantik ailənin üzvüdür.  İyunun 14-də o, alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində Ukraynanın üzvlüklə bağlı aydın siqnal alacağına söz verib.

Moskva bəyan edib ki, Ukraynanı NATO-dan kənarda saxlamaq Rusiya xüsusi əməliyyatının məqsədlərindən biridir. “Əks halda bu, ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradacaq”, – Kreml vurğulayıb. Rusiya daha əvvəl Ukraynadan neytral statusu saxlamağı tələb edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın dünya üzrə 300 milyard dollarlıq aktivi dondurulub

Sonrakı məqalə

“İstəyirəm yaxşı insan kimi yadda qalım” –