“ABŞ Ukraynanın NATO-ya yolunu asanlaşdırmayacaq”- BAYDEN

“Ukrayna NATO-ya daxil olmaq üçün tələb olunan bütün standartlara cavab verməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O qeyd edib ki, Vaşinqton Kiyev üçün bu prosesi asanlaşdırmaq niyyətində deyil.

“Standartlara cavab verməlidirlər, biz bunu asanlaşdırmaq fikrində deyilik”, – Bayden bildirib.

Bundan əvvəl CNN-ə danışan mənbə ABŞ prezidentinin Ukraynanın Alyansa daxil olmasını sadələşdirməyə hazır olduğunu bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Azərbaycan Ordusu Ermənistanın mövqelərini atəşə tutmayıb