ABŞ Ukraynaya 600 milyon dollarlıq silah göndərəcək
Rusiyanın davam edən hücumunu dəf etmək üçün ABŞ Ukraynaya 600 milyon dollarlıq silah göndərəcək.
Azpost.info xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlama verib. Onun sözlərinə görə, Konqres Ukraynaya əlavə humanitar yardımın göstərilməsini də istisna etmir: “Ukraynaya 600 milyon dollar dəyərində öldürücü müdafiə silahı göndərəcəyik ki, onlar öz mübarizələrini apara bilsinlər. İnsanlara kömək üçün humanitar yardımın göndərilməsi də nəzərdə tutulub” .
Azpost.info
