“Ukraynada hədəfləri Mərkəzi Kəşfiyyat İdarəsinin peyki vasitəsilə müəyyən edən xüsusi heyət yaradılıb”.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, söhbət formal olaraq polisin xüsusi təyinatlı dəstəsi olan və bombaların atılması, artilleriya atəşinin tənzimlənməsi ilə məşğul olan qrupdan gedir.
“Times” iddia edir ki, dəstə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıq edir.
Dəstənin komandiri nəşrə bildirib ki, missiyaları qrup özü seçir, hədəflər MKİ peyki ilə sinxronlaşdırılan proqramla planşetdə görünür: “Biz proqramda hədəfləri seçirik. Hədəflər ora həm MKİ peyki, həm də bizim peyk tərəfindən yerləşdirilə bilər”.
Azpost.info