ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni 1 milyard dollar dəyərində hərbi yardım paketini açıqlayıb.

Yeni silah paketinə yüksək hərəkətli artilleriya raket sistemləri (HIMARS) üçün daha çox döyüş sursatı, 155 mm-lik artilleriya üçün 75 000 mərmi, Milli qabaqcıl yer-hava raket sistemləri (NASAMS) üçün döyüş sursatları, həmçinin 1000 ədəd “Javelin” tank əleyhinə sistem və yüzlərlə “AT4” zenit-raket qurğusu daxildir.

Pentaqonun məlumatına görə, bugünkü paket də daxil olmaqla, ABŞ prezidenti Co Bayden 2021-ci ilin yanvarında prezident seçildikdən sonra ABŞ Ukraynaya 9,8 milyard dollar dəyərində hərbi texnika göndərib.

Əvvəlki məqalə

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib

Sonrakı məqalə

“Türkiyə ilə atdığımız qətiyyətli addımlar Qafqazda sülhə xidmət edir” –