ABŞ Ümumdünya Səhiyyə Təşkilatına alternativ qurum yaratmaq istəyir

07 May 2020 - 10:16

ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının qarşısını ala bilmədiyi üçün ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaratmasını istisna etməyib.

Bu barədə “Fox Business” məlumat yayıb. M.Pompeo bildirib ki, hazırda ABŞ Prezident Administrasiyası hansı növbəti addımların daha yaxşı olacağını araşdırır.

O, ABŞ Prezidenti Donald Trampın qarşıya aydın tapşırıq qoyduğunu bildirib – ÜST-ün növbəti uğursuzluğuna imkan verməmək.

“Əgər öz tapşırıqlarını yerinə yetirməyəcəksə, ÜST-ə yüz milyonlarla ABŞ dollarının daxil olması yolverilməzdir”, – deyə M.Pompeo vurğulayıb.