ABŞ Ümumdünya Səhiyyə Təşkilatına ödənişi bərpa edə bilər –Tramp məktub yazdı

ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini bərpa edə bilər.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Tramp administrasiyası tərəfindən ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa məktub ünvanlanıb.

Bildirilib ki, Tramp administrasiyası yalnız Çinin ödədiyi qədər vəsait ödəyəcəyi təqdirdə ÜST-ə ayrılan maliyyə yardımını bərpa etməyə hazırdır.

Məktubda o da vurğulanıb ki, ABŞ ÜST-ün fəaliyyətində çatışmazlıqlar görsə də təşkilatın böyük potensialının olduğunu istisna etmir. 

Qeyd edək ki, ABŞ Prezidenti aprel ayında ÜST-ün maliyyələşdirilməsinin dayandırıldığını bildirib. Tramp administrasiyası ÜST-ü COVID-19 virusunun yayılmasına operativ reaksiya verməməkdə ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qeyri-neft sektorundan dövlət büdcəsinə nə qədər pul daxil olub? –

Sonrakı məqalə

“Kölgə iqtisadiyyatı”ilə mübarizə Gömrük  Komitəsinin gəlirlərini artırıb –