Rusiya Dumasının sədri Vyaçeslav Volodin ABŞ və Avropa İttifaqını Ukrayna prezidenti Vladimir Zelenskiyə maliyyə və hərbi yardım göstərdiyinə görə nüvə terrorizminə sponsorluq etməkdə ittiham edib.
Azpost.info xəbər verir ki, o, bu barədə “Teleqram” kanalında yazıb.
Volodinin sözlərinə görə, Ukrayna hakimiyyəti “çirkli” atom bombası yaratmağı planlaşdırır.
“2011-ci ilə – Üsamə bin Laden məhv edilənə qədər ABŞ və Avropada belə bir bombanın istifadəsi ilə terror hücumu təhlükəsi mövcud idi. Nüvə terrorunun üsulları dəyişmir. Bin Ladendə necə idisə, Zelenskidə də elədir. ABŞ prezidenti və Avropa dövlətlərinin başçıları Zelenski rejiminə maliyyə və hərbi yardım göstərməklə nüvə terrorizminin sponsoru və ortaqlarına çevrilirlər”, – Duma sədri yazıb.
Azpost.info