ABŞ və NATO qüvvələri Əfqanıstandakı Baqram aviabazasını tərk edib

ABŞ və NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərində yerləşən aviabazanı tərk edib.

Bu barədə Pentaqon nümayəndəsi açıqlama verib.

“Bütün koalisiya qüvvələri Baqram aviabazasından çıxıb”, – deyə Pentaqon rəsmisi AFP-yə bildirib.

Bununla belə, o, aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinə nə vaxt təhvil veriləcəyini deməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu il aprelin 14-də Əfqanıstanda əməliyyatları başa çatdırmaq barədə qərar verdiyini açıqlayıb. Qoşunların Əfqanıstandan çıxarılmasına bu ilin mayından start verilib.

Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ilin oktyabr ayından başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlanıb

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb