ABŞ və Avropa Azərbaycan-Ermənistan normallaşmasına müdaxilə etməyə çalışır –Putinin köməkçisi

Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Putinin köməkçisi qeyd edib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir.

“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”, deyə Uşakov vurğulayıb.

Əvvəlki məqalə

Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsə hökm oxunub

Sonrakı məqalə

Prezident İlham Əliyev Astanada Pakistanın Baş naziri ilə görüşüb