Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ABŞ vətəndaşlarını Azərbaycan sərhədi ilə İranı tərk etməyə çağırıb

User 15 İyun 2025 - 20:11 (Last updated: 15 İyun 2025 - 20:11)
serhed iran

ABŞ vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb. 

AzPost bildirir ki, bu barədə Dövlət Departametnin rəsmi açıqlamasında bildirilir.

Dövlət Departemnti vətəndaşlarını hər hansı səbəbdən İrana səfər etməməyə, orada olanları isə dərhal İslam Respublikasını tərk etməyə göstəriş verib.

Dövlət Departamenti qeyd edib ki, onun İranla konsulluq və diplomatik əlaqələri yoxdur və amerikalıların respublikada maraqları İsveçrə səfirliyi tərəfindən təmsil olunur. Departamentdən bildirilib ki, bunu edənlər Ermənistan, Türkiyə və Azərbaycan sərhədindən quru yolu ilə İranı tərk edə bilərlər.

ABŞ departamentinin bəyanatında deyilir: “Bu seçimlərdən istifadə edərək tərk etməyi seçsəniz, ABŞ hökuməti təhlükəsizliyinizə təminat verə bilməz. Yalnız bunu etməyin təhlükəsiz olduğuna inandığınız halda ayrılmalısınız”.

Azərbaycanla sərhəd vasitəsilə İranı qurudan tərk etmək istəyən ABŞ vətəndaşları üçün deyilir: “Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır. Lakin ABŞ vətəndaşları xüsusi icazə ilə iyunun 15-də Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər. ABŞ vətəndaşları sərhədə getməzdən əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. ABŞ-ın Bakıdakı səfirliyi buna şərait yaratmalıdır. Azərbaycana daxil olmaq üçün müraciət etməyi planlaşdıran ABŞ vətəndaşları şəxsi məlumatlarını (adı, doğum tarixi, pasport məlumatları) və pasportlarının bioqrafik məlumat səhifəsinin fotoşəkilini ABŞ-ın Bakıdakı səfirliyinin Amerika Vətəndaşları Bölməsinə BakuACS@state.gov ünvanına göndərməlidirlər”.

AzPost.az

Post navigation

Previous: İran prezidenti İsraillə atəşkəsə vasitəçilik üçün Azərbaycana müraciət edib
Next: Ərdoğan 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.