“Birləşmiş Ştatlar “vahid Çin” prinsipinə sadiq qalmaqda davam edir və Tayvanın müstəqilliyini dəstəkləmir”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van İ ilə telefon danışığı zamanı deyib.
“Vaşinqton ABŞ və Çin arasında ikitərəfli münasibətlərə dair təlimatları müzakirə etməyə açıqdır. ABŞ-Çin münasibətlərini məsuliyyətlə idarə etməyə və hər iki tərəfin maraqlarına xidmət etdiyi sahələrdə əməkdaşlıq etməyə hazırdır. ABŞ tərəfi “vahid Çin” prinsipinə sadiq qalmağa davam edir və Tayvanın müstəqilliyini dəstəkləmir”, – Blinken əlavə edib.
Azpost.info