Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ və Britaniya Rusiya qazının asılılığından çıxmaq üçün öhdəlik götürüb

User 07 Dekabr 2022 - 10:11 (Last updated: 21 May 2025 - 20:15)
bayden sunak

Böyük Britaniya və ABŞ “Rusiyadan qlobal enerji asılılığının azaldılmasına” yönəlmiş yeni enerji tərəfdaşlığı barədə razılığa gəliblər.

TASS  xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Co Baydenin birgə bəyanatında bildirilib.

Məlumatı Baş nazirin ofisi yayıb.

Qeyd olunur ki, müttəfiqlərin köməyilə Birləşmiş Ştatlar və Böyük Britaniya qlobal enerji təhlükəsizliyini və dayanıqlılığı qorumaq üçün əməkdaşlığı aktivləşdirmək, habelə Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını azaltdığı bir vaxtda enerjiyə çıxış üçün öhdəlik götürürlər. Ən yaxın məqsəd enerji bazarlarını sabitləşdirmək, tələbatı azaltmaq, tezliklə təchizatın təhlükəsizliyini təmin etməkdir. Daha sonra isə – 2050-ci ilə qədər sıfır tullantıya nail olunmasında sabit enerjiyə keçidə kömək etməkdir ki, bu da özlüyündə enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Rişi Sunakın sözlərinə görə, tərəfdaşlıq britaniyalı istehlakçılar üçün qiyməti aşağı salmağa imkan yaradacaq və Avropanın Rusiya enerjisindən asılılığına birdəfəlik son qoyacaq.

Bəyanatda vurğulanır ki, 2023-cü ildə ABŞ Böyük Britaniyaya 9-10 milyard kubmetr sıxılmış təbii qaz göndərmək niyyətindədir. Bu, 2021-ci ildə Londonunun Amerikadan aldığı 3,9 milyard kubmetr qazdan 2-2,5 dəfə çoxdur.

Tərəflər Böyük Britaniyaya təkcə qaz tədarükünün asanlaşdırılması deyil, Birləşmiş Krallığın alternativ yanacaq növləri, ilk növbədə hidrogenlə təchizi, enerji effektli həllər üzərində də işləyəcəklər. Bu, 2030-cu ilədək Britaniyada binaların və sənayenin enerji istehlakını 2021-ci illə müqayisədə 15 faiz azaltmağa kömək etməlidir.

Böyük Britaniya və ABŞ, həmçinin modul nüvə reaktorlarının işlənib-hazırlanmasında “həmfikir ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək” niyyətindədirlər. Bundan əlavə, onlar təmiz enerji mənbələrinin yaradılmasında əməkdaşlıq etməyi, hidrogen və onunla bağlı texnologiyaların qlobal ixracını və idxalını birgə qaydaya salmağı, habelə hər iki ölkədə hidrogen qovşaqlarının yaradılmasını sürətləndirməyi öhdələrinə götürüblər.

Post navigation

Previous: Valyuta məzənnələri
Next: Azərbaycan nümayəndə heyəti bu gün Xocalıya gedir –

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss...
Read more about Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.