ABŞ yeddi ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edir –ADLAR 

ABŞ rəhbərliyi, yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etməyi planlaşdırır.

Bu barədə “Wall Street Journal”ı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Belarus, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya vətəndaşlarına qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Ancaq qeyd olunub ki, bu siyahı hələ təsdiq olunmayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarına Birləşmiş Ştatlara daxil olmaq üzrə məhdudlaşdırıcı tədbirlərin görüləcəyini təsdiqləsə də heç bir ölkənin adını açıqlamayıb. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“LUKOIL” Azərbaycanın iki neft yatağında işləyəcək –

Sonrakı məqalə

Xətaidə 36 yaşlı qadın 50 min manatlıq qızılı evdən oğurladı