“LUKOIL” Azərbaycanın iki neft yatağında işləyəcək –Prezident İlham Əliyev Davosda razılıq verdi

Rusiyanın “LUKOIL” şirkəti Azərbaycanda “Naxçıvan” və “Qoşadaş” yataqlarının birgə işlənilməsində iştirak edəcək.

Bu məsələ çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Davosda “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü zamanı müzakirə olunub.

“Əliyev və Ələkbərov görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə etdilər. Görüş zamanı müvafiq qərar qəbul edildi”, – məlumatda deyilir.

Həmçinin, tərəflər perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

ABŞ yeddi ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edir –