“ABŞ zəmanətlə bağlı əsas məsələdən yan keçib” –
“ABŞ və NATO ilə Rusiya üçün təhlükəsizlik zəmanətləri bağlı dialoq bitməyib”.
Bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“NATO-nun genişlənməməsi, Rusiya Federasiyasının sərhədləri yaxınlığında zərbə sistemlərinin yerləşdirilməməsi, NATO infrastrukturunun 1997-ci ilə qədər sərhədlərə qaytarılması kimi bütün əsas məsələlərə ABŞ-ın cavabında sadəcə olaraq heç bir mövqe yoxdur. Həmin məsələlərdən sadəcə yan keçiblər. Hesab etmirəm ki, bununla bizim dialoqumuz başa çatıb”, – deyə Rusiya prezidenti vurğulayıb.
Putin ölkəsinin ABŞ və NATO-ya cavab hazırladığını və bu cavabı Vaşinqton və Brüsselə göndərəcəklərini də bildirib.
