Baydenin pis rəftarda ittiham olunan müşaviri istefa verib

lender

ABŞ Prezidenti Co Baydenin elmi işlər üzrə müşaviri Erik Lender istefa verib.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb. Psaki bildirib ki, prezident artıq Lenderin istefasını qəbul edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

“Politico” nəşrinin məlumatına görə, Lender ona qarşı ittihamlardan sonra istefaya məcbur olub. Belə ki, o, tabeliyindəki işçilərlə pis rəftarda və onları zəhərləməkdə ittiham edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir