Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib- TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

TƏBİB-dən verilən xəbərə görə, xəstəxananın direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

Bu gün yeni direktor kollektivə təqdim olunub.

Təqdimat mərasimində Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində müvafiq göstərişlərini və tapşırıqlarını verib.

Qeyd edək ki, Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb.

2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.

Xatırladaq ki, xəstəxananın keçmiş direktoru, sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızı Mehriban Qaralova noyabrın 28-də işdən çıxarılıb.

Əvvəlki məqalə

Bakıda güclü külək əsəcək

Sonrakı məqalə

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib