Abşeronda yeniyetmə başından güllələnib

Abşeron rayonunda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə Məhəmmədi kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayır

Sonrakı məqalə

ABŞ rusiyalı diplomatları qova bilər –