Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AÇG-ə bu il 810 mln. dollardan artıq vəsait xərclənib

User 07 Avqust 2025 - 13:23 (Last updated: 07 Avqust 2025 - 13:23)
neft

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 817 mln. ABŞ dolları xərclənilib.

Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 259 mln. dollar əməliyyat məsrəfləri və 558 mln. dollar əsaslı məsrəflər xərclənilib.

“AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanmış və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanılıb”, – hesabatda qeyd olunur.

Bildirilir ki, 2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 mln. barel, yəni 8mln. ton olub.

Qeyd olunur ki, ikinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesini uğurla bərpa edilib. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilib: suvurma nasosları yenidən layihələndirilmiş və modifikasiya olunub, idarəetmə sistemi yenidən qurulub, həmçinin yeni bir su injektor quyusu qazılıb. Bu quyu “Çıraq” platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılıb.

“Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb”, – hesabatda vurğulanır.

İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, “Inpex” – 9,31%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,92%.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.