Ad günü məclisi vaya döndü –

Hay-küydən bezən qonşu qonaqlara qumbara atdı
11 May 2020 - 01:29

Rusiyanın Stavropol diyarının sakini qonşuluqda yüksək səslə doğum günü qeyd edənlərin üstünə qumbara atıb.

“RİA Novosti” xəbər verir ki, insident Prietokski qəsəbəsində fərdi yaşayış evində baş verib.

Bildirilir ki, həyətdə ümumilikdə 18 nəfər olub. Partlayış nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanların arasında üçü ağır vəziyyətdə, beşi orta-ağır vəziyyətdədir. Daha üç nəfər də partlayışdan yüngül kontuziya alıb.

Diyar administrasiyasından “TASS”-a verilən məlumata görə isə, qumbaranın partlaması nəticəsində 15 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, insidenti törədən kişi saxlanılıb.