“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti 1 il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi”.
Иunu tanınmış vəkil Adil İsmayıov sosial şəbəkədə yazıb.
“Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam”,-deyə Adil İsmayılov vurğulayıb.
A.İsmayılov bu işdə ona dəstək göstərənlərə də təşəkkür edib.