Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ADPU-da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib

User 01 Dekabr 2025 - 16:18 (Last updated: 01 Dekabr 2025 - 16:18)
seymur

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” adlı elmi-maarifləndirici tədbir keçirilib. 

AzPost-un məlumatına görə, Universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova giriş sözündə bildirib ki, tədbirin keçirilməsində məqsəd universitet kitabxanası ilə məktəb kitabxanalarının qarşılıqlı əlaqələrinin qurulmasına töhfə vermək, şagirdlər və gənc oxucularda rəqəmsal savadlılıq, tənqidi düşüncə, süni intellekt, Aİ alətlərindən etik və səmərəli istifadə bacarığı formalaşdırmaqdır. Süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı sahələrdə istifadə olunduğunu bilmək zamanın tələbidir.

Zinharə Həsənova analoji mövzuda tadbirlərin gələcəkdə də təşkil olunacağını vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarından istifadə genişlənir. Rəqəmsal transformasiyanın sürətlə getdiyi üçün biz də zamanla ayaqlaşmalı, süni intellekt imkanlarından maksimum yararlanmağa çalışmalıyıq.
Rektor qeyd edib ki, informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsi mühüm vəzifə kimi qarşımızda dayanır: “Süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına hamılıqla töhfə verməliyik”.

ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, hər bir ali təhsil ocağının zəngin kitabxanaya ehtiyacı var. Onun sözlərinə görə, müasir dövrdə kitabxana dedikdə yalnız rəflərdəki bəzəkli kitablar nəzərdə tutulmur: “Müasir kitabxanalar ənənəvi kitablarla yanaşı, həm də süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artıra bilərlər. Dəqiqlik, sürət və fərdiləşdirmə imkanları baxımından bu çox vacibdir. Bu üsulla həm də kitabxana xidmətlərinin keyfiyyətini yüksəltmək mümkündür”. 

Tədbirdə M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Təhməzova, ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev, Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, süni intellektin növbəti onillikdə gündəlik həyata hərtərəfli inteqrasiya edəcəyini nəzərə alaraq universitet kitabxanalarının rəqəmsallaşdırılmasının önəmli olduğunu vurğulayıblar.

img img img

AzPost.az

Post navigation

Previous: Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib –
Next: Qrant ayrılmış özəl bağçalara qeydiyyat başlayıb

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.