Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ADSEA xidmətlərini genişləndirib

User 02 Dekabr 2025 - 19:39 (Last updated: 02 Dekabr 2025 - 19:39)
su egnt

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərində və KOB evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət təşkil edib.

ADSEA-dan  bildirilib ki, mərkəzlərə 2025-ci ilin 10 ayı ərzində 163874 müraciət daxil olub. Onlardan 96079-u yerində, 34178-i araşdırıldıqdan sonra icra edilib. 26598 müraciət informasiya xarakterli olub, 6959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.

KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 14-ə çatdırılıb, 11 xidmət elektronlaşdırılıb və onların mərhələli şəkildə my.gov.az portalına inteqrasiyası həyata keçirilir. Hazırda “E-gov.az” və “E-su.az” portalları üzərindən elektron müraciətlər qəbul olunmaqdadır.

İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər.

Eyni zamanda,xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS ISO 10002:2022 üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.

“ASAN xidmət”, “ASAN kommunal” və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.

AzPost.az

Post navigation

Previous: “Avropa bizimlə döyüşmək istəyirsə, biz hazırıq” –
Next: Avropa İttifaqında həyat səviyyəsi son 40 ildə minimum həddə düşüb

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
Diplomatik mənbələr The Telegraph qəzetinə bildiriblər ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrini cəlb etməkdə məqsədi...
Read more about Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.