AFFA Canni de Byazi ilə müqaviləni niyə uzatdı? –Vitse-prezident Vaqif Sadıqovdan açıqlama

İclasda gərgin müzakirələr getdi və de Byazinin postunda qalması qərara alındı”.

Bunu apasport.az saytına açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Canni de Byazinin millinin baş məşqçi postunda saxlanılması ilə bağlı qərarın səbəblərini bildirib. O, italiyalı çalışdırıcının qarşısına qoyulan məqsəddən də danışıb: “De Byazinin qalmasını şərtləndirən əsas səbəb onun iki tsikldir yığmanı çalışdırması və futbolçuları çox yaxşı tanımasıdır. İtaliyalı artıq xeyli müddətdir yığmanın sükanı arxasındadır. Bu üzdən qısamüddətli – sırf Millətlər Liqası oyunlarına hesablanan müqavilə imzalandı. İclasda da bildirildi ki, qarşıdakı hədəf Millətlər Liqasında qrupdan çıxmaq olacaq. Bu üzdən de Byaziyə etimad göstərildi və onun komandanı qrupdan çıxaracağına inanırıq”.

Sadıqovun sözlərinə görə, de Byazi İcraiyyə Komitəsi üzvlərinə hesabat verib: “O bildirdi ki, yeni komanda yaradıb, bunu sona qədər çatdırmaq üçün zamana ehtiyac var. Baş məşqçi çalışdığı dönəmdə neçə oyunçuya dəvət göndərdiyini, neçə debütanta şans verdiyini və bu kimi bir çox məsələləri vurğuladı. İcraiyyə Komitəsinin üzvləri də onları maraqlandıran sualları ona verdi. Yekunda da indiki vəziyyətdə hər hansı bir dəyişikliyə ehtiyac olmadığı qənaətinə gəlindi. Çünki sentyabra kimi Millətlər Liqasında 6 vacib oyun olacaq. Bunları nəzərə alıb, de Byazi ilə yola davam qərarı verildi. Təbii ki, Millətlər Liqasındakı nəticələrə əsasən sentyabrdan sonra bir qərara gəlinəcək”.

Qeyd edək ki, Canni de Byazinin AFFA ilə müqavilə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Ordumuzun sərhəddən geri çəkilməsi barədə məlumatlar yalandır” –

Sonrakı məqalə

Həbsdə ölən sabiq deputatın xanımı qaynının həbsini tələb edib