Qərbi Afrika ölkəsi olan Burkina-Fasoda yaraqlıların hücumu nəticəsində azı 16 nəfər ölüb, iki nəfər ağır yaralanıb. "Rosbalt"-ın verdiyi məlumata görə, silahlı şəxslərin hücum etdiyi məscid Salmossidəki Qorom-Qor şəhəri yaxınlığında yerləşir. Üç nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.