Ağ Ev Bayden-Ərdoğan görüşünün yeri və tarixini açıqlayıb

03 İyun 2021 - 19:18

BŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşəcək.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.