Ağ Ev Baydenlə Putin arasında görüşün keçirilməsini istisna etməyib

19 Noyabr 2021 - 07:57

“Ağ Ev ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında görüşün keçirilməsini istisna etmir, lakin hələlik, ən yüksək səviyyədə yeni təmasları elan etməyə hazır deyil”.

Bunu ABŞ administrasiyasının sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında bildirib.

“Mən sizə Baydenlə Putin arasında əlavə təmaslar, zənglər və ya buna bənzər digər formatda görüşün keçirilməsi barədə bir söz deyə bilmərəm. İstisna etmirəm ki, ABŞ prezidenti Rusiya prezidenti ilə gələcəkdə, müəyyən vaxtlarda görüşəcək”, deyə Ağ Ev sözcüsü deyib.

Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl iki prezident arasında görüşün ilin sonuna qədər baş tuta biləcəyini açıqlayıb.